143 nömrəli məktəbin 21 sentyabr "Beynəlxalq Sülh günü"nə həsr etdiyi tədbirlər

    21 sentyabr "Beynəlxalq Sülh günü"dür. Dünya ölkələrinin qərarı ilə BMT 1981-ci ildən bu günün "Beynəlxalq Sülh günü" kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Sülh dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanların bir - birini anlaması, bir - birinə xoş münasibətidir. Sülh - əmin - amanlıq, qurub - yaratmaq, dinclikdir. Beynəlxalq Sülh günü ilə əlaqədar ölkəmizdə də bir sıra maraqlı tədbirlər keçirilir.

    Hər il olduğu kimi 21 avqust - 21 sentyabr 143 nömrəli məktəbdə də, "Sülh aylığı" keçirilir. Aylıq çərçivəsində 143 nömrəli məktəbdə bir sıra tədbirlər həyata keçirilib. Məktəbimizdə "Mən sülhə səs verirəm" adlı rəsm sərgisi təşkil olunmuşdur. Sərgidə maraqlı əl işləri nümayiş etdirilmişdir. 

    Məktəbimizin direktoru Elmar Həşimov öz nitqində Azərbaycanın həmişə sülhsevər xalq olduğunu söylədi. Qeyd etdi ki, bu gün dünyanın sülhə daha çox ehtiyacı var. Regionda və dünyada baş verən qanlı toqquşmalar minlərlə insanın canı bahasına başa gəlməkdədir. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu təhlükə olmaqda qalmaqdadır. Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi respublikamız münaqişənin dinc yolla, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir.

    Tədbirlər planı çərçivəsində şagirdlərimiz "21 sentyabr Beynəlxalq Sülh günü"dür mövzusunda rəngarəng guşə təşkil etmişdir. Sülhün rəmzi olan göyərçin bu günün əsas atributlarından biri idi. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır. Onların daim azad, əmin - amanlıq şəraitində yaşamağa haqqı vardır.

    Siniflərdə sülhə həsr edilən dərslər keçirilmişdir. "Sülh əmin - amanlıq rəmzidir" mövzusunda slaydlar təşkil edilmiş, şeir müsabiqəsi keçirilmişdir. 

    Tədbirin sonunda məktəb kollektivi "Biz müharibə istəmirik. Müharibəyə yox deyirik" adlı aksiyalar, ədəbi bədii kompozisiyalar ilə çıxış etmişdir.

    Azərbaycan dünyaya multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi ilə tanınıb. Bu nümunəsi ilə ölkəmiz dünayaya sülhü təbliğ edir. Çünki cəmiyyətimizdə bütün din sahibləri, müxtəlif mədəniyyətə sahib insanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi