1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

    1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

    1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyası uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflərini səsləndirib və 1-ni iyunu Uşaqların Müdafiəsi Günü elan edib. BMT bu təşəbbüsü bəyənib və uşaqların hüquqlarını, həyat  və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan edib.  1950-ci ildə BMT-nin xətti ilə dünyanın 51 ölkəsində bu münasibətlə silsilə tədbirlər keçirilib. Uşaqların hüquqlarının müdafiəsi ilə bağlı BMT baş məclisi 1989-cu ilin 20 noyabrda "Uşaq Hüquqları Konvensiyası"nı müvafiq qətnaməsilə qəbul edib. Azərbaycan bu Konvensiyanı Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 236 nömrəli qərarına əsasən ratifikasiya edildiyini qeyd etdi, məlumat üçün deyək ki, dünyanın əksər ölkələrində olduğu kimi, "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" Azərbaycanda da hər il qeyd edilir.

    01.06.2018-ci il tarixdə Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə asvalt üzərində rəsm müsabiqəsi, sinif saatları, “Uşaqlar nağıl dünyası” adlı tədbir, video çarxın nümayişi təşkil edildi. "Uşaqların nağıl dünyası" adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi