Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar 143 nömrəli tam orta məktəbdə müxtəlif tədbirlər təşkil edilmişdir
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar 143 nömrəli tam orta məktəbdə müxtəlif maraqlı tədbirlər təşkil edilmişdir.
25 may 2018-ci il tarixində ilk dərslər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edildi. "Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır" mövzusunda "Ən yaxşı təqdimat" müsabiqəsi, açıq dərslər, dəyirmi masa, asvalt üzərində rəsm müsabiqəsi, qəzetlərin dərci, video çarxın nümayişi, ədəbi musiqili kompozisiya, "Canım Azərbaycanım" adlı tədbir təşkil edilmişdir. Sözügedən tədbirlərin keçirilməsində məqsəd ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət etmələridir.
Cümhuriyyətimizin 100 illiyi münasibəti ilə xalqımızı təbrik edir, xalqımıza sülh-əminamanlıq və yüksək rifaq arzulayırıq. "28 may Respublika" günümüz mübarək olsun.