15.05.2018-ci il tarixdə Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi və müəllim heyyəti Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər

    Bildiyimiz kimi, Azərbaycan RespublikasıTəhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin razılığına əsasən Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları 2018-ci ildə də davam etdirilir.

    Bu razılaşmaya əsasən, 15.05.2018-ci il tarixdə Bakı şəhəri 143 nömrəli tam orta məktəbin 60 fəal şagirdi və müəllim heyyəti Heydər Əliyev Mərkəzində ekskursiyada oldular. İlk öncə ekskursiya zamanı şagirdlərə Heydər Əliyev Mərkəzi haqqında məlumat verildi. Bildirildi ki, mərkəzin binası 3 bölmədən ibarətdir: Heydər Əliyev Muzeyi bölməsi, Sərgi zalları bölməsi və Audiorium bölməsi. Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir.

    Daha sonra məktəblilər Heydər Əliyev Mərkəzinin ən cəlbedici və maraq doğuran bölümü Heydər Əliyev Muzeyində oldular. Ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlarla, foto və video materiallarla, digər unikal eksponatlarla eləcə də nümayiş etdirilən müxtəlif sərgilərlə tanış oldular. Sonda mərkəzinin əməkdaşları məktəb şagirdlərinin qidalanmasında təşkil etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi