İkinci Dünya müharibəsində faşizm üzərində qələbədən 73 il ötür

1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin 73-cü ildönümü ilə əlaqədar Bakı şəhəri 143 saylı tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, müavinləri, müəllim və şagirdləri iştirak etmişlər.

Qeyd edildi ki, Həmin illərdə Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq nümayiş etdirərək 600 mindən çox Azərbaycan oğlu və qızı cəbhəyə yollanaraq düşmənə qarşı böyük şücaət göstərmişdir. 170 min Azərbaycan əsgəri və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də ən həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Sovet ordusunun təyyarə və tankları demək olar ki, Bakı nefti ilə işləyirdi. Müharibə bəşəriyyətə çox böyük itkilər bahasına başa gəldi. Təqribən 50 milyon adam həlak olmuşdu. Milyonlarla insan yaralanmış, şikəst olmuş, itkin düşmüş, əsir düşərgələrində işgəncə və zülmlərə məruz qalmışdır. Minlərlə şəhər, kənd, qəsəbə xarabaxanalığa çevrilmişdir. Bir daha belə dəhşətli müharibəyə yol verməmək üçün bütün dünya öz qüvvələrini səfərbər etmişdir. Ona görə də Almaniyanın təslim olması günü - 9 may bütün bəşəriyyət tərəfindən faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.

Tədbirin sonunda məktəb şagirdlərinin təqdimatı ilə səhnəcik, bədii qiraətlər, musiqili kompozisiyalar nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi