Paytaxt təhsil işçilərinin ağacəkmə aksiyasında 143 nömrəli tam orta məktəbin direktor və müavinləridə iştirak ediblər

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

    Aksiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, məktəb direktorları, direktor müavinləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

    Ağacəkmə aksiyası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

    Ramana qalasının ətəyindəki yaşıllıq sahəsində təşkil olunan aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyev irsini davam etdirmək, yaşıllaşdırma ənənələrini daha da genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.

    BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ənənə halını alan bu cür tədbirlərin keçirilməsini yüksək dəyərləndirib. İdarə müdiri ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın digər sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirdiyini və genişmiqyaslı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

    Qeyd edək ki, BŞTİ tərəfindən təşkil olunmuş aksiya zamanı müxtəlif növdə mindən çox ağac əkilib. BŞTİ-nin yeni yaradılan təsərrüfat qrupları yaşıllıq zolağı salınan ərazinin hazırlanmasında və ağacəkmə aksiyasının təşkil olunmasında yaxından iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi