04.05.2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə hərs olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırma mərasimi təşkil olundu
04.05.2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə hərs olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırma mərasimi təşkil olundu.
Müsabiqə ölkə üzrə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə həyata keçirildi. Müsabiqə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi şagirdlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin ümummilli liderlə bağlı fikirlərinin, duyğularının dilə gətirilməsi, həmçinin onların düşüncə qabiliyyətinin, nitqinin formalaşdırılması məqsədilə ümumtəhsil məktəb şagirdləri arasında həyata keçirilməsi nəzərdə tutulan “Ən yaxşı təqdimat” müsabiqəsi bu istiqamətdə atılacaq uğurlu addımlardan biridir.
Müsabiqənin bu istiqamətdə əhəmiyyəti də danılmazdır. İcrası nəzərdə tutulmuş “Ən yaxşı təqdimat” müsabiqəsi istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlərin üzə çıxmasına xidmət edəcəkdir.
Dörd mərhələdən ibarət olan müsabiqənin ilk mərhələsində 28.02.2018-ci il tarixədə məktəbdaxili keçirilmiş, İlk mərhələnin nəticələrinə görə Bakı şəhəri 143 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi İsmayılova Sevin Anar qızı turu adlamış və ikinci-rayon mərhələsində iştirak hüququ əldə etmişdir. 05-09.03.2018-ci il tarixlərində həyata keçirilən rayon mərhələsində, 15-16.03.2018-ci il tarixlərdə şəhər mərhələsində və şəhər mərhələsinin yekununda 12 təqdimat 2018-ci ilin aprel ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ölkə turunda iştirak hüququ əldə edən və sonda 04.05.2018-ci il tarixdə mükafatlandırma mərasimində Bakı şəhəri 143 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi İsmayılova Sevin Anar qızı III yerə layiq görülmüşdür.