26.04.2018-ci il tarixdə Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olundu
Bildiyiniz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26.04.2018-ci il tarixdə Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən park ərazisində "Oxu Günü" tədbiri həyata keçirilmişdir. Sözügedən “Oxu Günü” tədbiri uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunmuşdur.
“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə Bakı şəhəri üzrə 40 ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış etmişdirlər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, pantomim tamaşalar və s. təqdim edərək özlərini nümayiş etdirmişdirlər. Tədbir 143 nömrəli tam orta məktəbin şagirdlərinin çox böyük marağına çevrilmişdir.