143 nömrəli məktəbin istedadlı şagirdlərinin naliyyətləri
27.03.2018 – ci il tarixdə 143 nömrəli məktəbin 10-cu sinif şagirdi İsmayılova Sevinc Anar qızı Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində Bakı şəhəri üzrə qaliblər sırasında olmuş və komissiya üzvlərinin yekun səsi ilə respublika turuna keçid almışdır.
İsmayılova Sevinc gözəl nitqə malik, həyata, həyatda və cəmiyyətdə baş verən hadisələrə özünəməxsus tərzdə, ağılla, məntiqlə yanaşan və bunu lazımi səviyyədə ifadə etməyi bacaran bir yeniyetmədir. Bizim Azərbaycanımızın parlaq gələcəyində bu cür istedadlı gənclərimizə böyük ehtiyacımız var. Onun bu günlə, gələcəklə bağlı maraqlı fikirləri həmişə müəllimlərinin diqqət mərkəzində olub. Ədəbiyyat dərslərində sərbəst mövzularla əlaqədar yazdığı inşalar Sevincin dünyaya baxışının nə qədər dərin və hərtərəfli olduğuna sübutdur.