Xocalı faciəsinin anım günü
Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə 26.02.2018-ci il tarixdə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş müxtəlif tədbirlər keçirildi. İlk dərslər Xocalı faciəsinə həsr edilib. Sinif saatları, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar, qəzetlərin dərci, aksiyalar, rəsm sərgisi, Xocalı sakinləri ilə görüş təşkil edildi.
4b sinifində “Xocalı harayı” adlı tədbir keçirildi. İlk öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Xocalıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açılıb. Şagirdlərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edilib. Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.
Sonda məktəb kollektiv heyyəti və məktəb şagirdləri Xocalı abidəsini ziyarət ediblər.