Məktəbimizin istedadlı şagirdləri

Haqqında söhbət açacağımız 143 nömrəli  məktəbin şagirdləri çox istedadlıdırlar. Bu istedadlar məktəbdə formalaşaraq yüksək nəticələr qazanmışlar. Qazandıqları bilik və  bacarıqlarından müsabiqələrdə istifadə edərək  qalib gəlmişlər.143 nömrəli məktəbin 6 - cı sinif  şagirdi Fidan Qasımova "Ekoloji təmiz məhsul və aqromüxtəliflik " mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin ən fəal iştirakçısı seçilmişdir, II yerin qalibidir. Azərbaycan Respublikasının Təhsil  Nazirliyi və Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin diplomu ilə təltif edilmişdir. Azərbaycan televeziyasının "Səhər" proqramına dəvət olunaraq qalibiyyəti işıqlandırılaraq yayımlanmışdır.

2-ci sinif şagirdi Vəliyev Əli isə Azərbaycan Milli Paraolimpiya komitəsinin üzgüçülük idman növü üzrə təşkil etdiyi yarışda I yerin qalibi olaraq diplom, medal və kuboka layiq görülmüşdür. Müslümlü Zeynəb 5- ci sinif  şagirdidir. O, "Kinboks" idman növü üzrə idman yarışında 1 - ci  yeri tutmuş Lokomotiv  İdman və Sağlamlıq  Mərkəzi tərəfindən kubok, medal və diplomla mükafatlandırılmışdır. Bu naliyyətlər Azərbaycan təhsilinin  nəticələridir ki, biz belə şagirdlərimizlə fəxr edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi