“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərs keçirildi

    13 dekabr 2017-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ilə birgə Binəqədi rayonunun 126, 143 və 283 nömrəli tam orta məktəblərinin XI sinif şagirdləri ilə  “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərs keçirildi.

    İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dərs zamanı Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində müstəsna rol oynadığı barədə məruzələr dinlənildi. Ulu Öndərin keçdiyi tarixi yol haqqında vidoçarx nümayiş etdirildi.

    “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin təşkilində əsas məqsəd ulu öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi