143 nömrəli məktəbdə "Gənc fizika və kimyaçıların" bilik yarışı keçirildi
Məktəblilərin fizika və kimya elmlərinə marağını artırmaq, bu sahədə istedadlı şagirdləri üzə çıxarmaq məqsədi ilə noyabrın 28-i və 29-da 143 nömrəli tam orta məktəbdə "Gənc fiziklərin və kimyaçıların" yaradıcılıq müsabiqəsinin I turu keçirildi. Müsabiqədən sonra nəticələr elan edildi və daha çox bal toplayan şagirdlər mükafatlandırıldılar.