143 nömrəli məktəb "Ölkəmizi tanıyaq" tur-aksiyasın iştirak edib

     Binəqədi rayonunda "Ölkəmizi tanıyaq" tur-aksiyası ilə bağlı tədbir təşkil edilmişdir. Tədbirdə Binəqədi rayon İcra başçısı Xaləddin İsgəndərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdür müavini Hüseyn Əsgərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayonun məktəb direktorları, valideynlər, digər təşkilatlar iştirak etmişdirlər. İştirakçılar şagirdlərə uğurlar arzulayaraq dövlətimizin hər tərəfli qayğısından danışmışlar. Bildirmişlər ki, Azərbaycan uşaqları dövlətin onlara hər tərəfli inkişaf üçün yaratdığı və həyata keçirdiyi bütün layihələrdən səmərəli istifadə edir və faydalanırlar. Tur-aksiyası qarşısındakı məqsəd öz vətənin maddi və mənəvi dəyərlərini anlayan, qiymətləndirməyi bacaran, vətənpərvər gənclər yetişdirməkdir. 143 nömrəli məktəbin şagirdləridə bu tur-aksiyaya qoşulmuşdur və iştirak etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi