143 nömrəli tam orta məktəbdə "Konstitusiya günü" qeyd edilib
143 nömrəli məktəbdə "Konstitusiya günü" ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə qanunun aliliyi nümayiş etdirilərək "Qanun şahdır" fikri əsaslandırılmışdır. Şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının necə yaranmasından bəhs edilmişdir. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır və həmin ildən etibarən hər il 12 noyabr Azərbaycan Respublikasının "Konstitusiya Günü" kimi qeyd olunur.