Bakı şəhəri 143 nömrəli tam orta məktəbin "Bayraq günü"nə təşkil etdiyi tədbirlərdən.

Bakı şəhəri 143 nömrəli tam orta məktəb "Bayraq günü" ilə bağlı silsilə tədbirlər təşkil edilmişdir. Ədəbi bədii kompozisiyalar, sinif saatları, açıq dərslər, rəsm sərgiləri, qəzetlərin dərci, Qala tarix muzeyinə, Qobustan qoruğuna ekskursiyalar təşkil edilmişdir. Tədbirdə müstəqil Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənib bərqərar olduqca üçrəngli bayrağımızın daha yüksəklərə ucalacağı, sancılacağı məkanların sayı daha da artacağı işıqlandırılmışdır. Azərbaycan televiziyası tərəfindən tədbirlər çəkilərək nümayişə hazırlanmışdır.