“28 may Respublika günü” ilə əlaqədar “Mən Azərbaycanlıyam” adlı tədbir keçirildi
Mayın 25-də Bakı şəhəri 143 nömrəli tam orta məktəbin 3ç sinfində “28 may Respublika günü” ilə əlaqədar “Mən Azərbaycanlıyam” adlı tədbir keçirildi. Tədbirdə şagirdlərə Azərbaycanın tarixindən, müstəqilliyimizin necə yaranmasından bəhs edildi. Şagirdlərə çatdırıldı ki, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür və 1990-cı ildən “28 may Respublika günü” dövlət bayramı kimi qeyd edilir. Sonda şagirdlərin təqdimatında bədii qiraətlər və slayd nümayiş etdirildi.