31 mart Azərbaycanlıların Soyqırımı günü
“31 mart Azərbaycanlıların Soyqırımı günü”nünə həsr edilmiş “31 mart - Azərbaycanlıların Soyqırım günüdür” adlı tədbir keçirilmişdir. Tədbirdə 143 saylı tam orta məktəbin direktoru, müavinləri , müəllim və şagird heyəti iştirak etmişlər. İlk olaraq soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra 31 Mart Azərbaycan xalqına qarşı törədilən soyqırımın səbəbləri, nəticələri, 1918-ci ilin siyasi-ictimai vəziyyəti, soyqırımın tarixi kökləri və mahiyyətindən bəhs edilmiş, fikirlər tarixi faktlarla əsaslandırılmışdır. Bildirilmişdir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində minlərlə dinc azərbaycanlı öldürülmüşdür. Sonda məktəb şagirdlərinin təqdimatı ilə bədii qiraətlər, musiqili kompozisiyalar nümayiş etdirilmişdir.