“Çərşənbə iməcilikləri” layihəsindən sonuncu olan "Torpaq çərşənbəsi"

Bakı şəhəri 143 saylı tam orta məktəbdə “Çərşənbə iməcilikləri” layihəsinin sonuncu çərşənbəsi olan “Torpaq çərşənbə”sinə həsr olunan iməcilik keçirilmişdir. İməclikdə məktəbin müəllim və şagirdləri iştirakı etmişlər. Şagirlərin nəzərinə çatdırılıb ki, bu gün Azərbaycanda sonuncu olan çərşənbə - torpaq çərşənbəsi qeyd olunur. Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir. Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi