“Çərşənbə iməcilikləri” layihəsindən ikinci olan "Od çərşənbəsi"
Bakı şəhəri 143 saylı tam orta məktəbdə Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbədən ikinci çərşənbə olan “Od çərşənbə”sinə həsr olunan iməcilik keçirilmişdir. İməclikdə məktəbin müəllim və şagirdləri iştirakı etmişlər. İməclikdə şagirlərin nəzərinə çatdırılıb ki, bu gün Azərbaycanda ikinci çərşənbə - od çərşənbəsi qeyd olunur. Hər çərşənbə axşamı tonqal qalanır, lakin bu çərşənbə günün özünə məxsus olan xüsusiyyətləri digərlərindən tamamilə seçilir. Bu günü məhz od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi vardır. Od çərşənbəsi elimizin adət ənənələrinə görə "Üsgü çərşənbə” də adlanır. Qədim zamanlardan Novruz bayramı bu çərşənbələrlə tanınır və məhz ikinci çərşəbənin odun adı ilə bağlı olması da təsadüf deyildir.