Xocalı harayı

XX əsrin faciəsi Xocalı soyqırımından 25 il keçir. Hər il olduğu kimi bu il də məktəbimizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı və bir sıra tədbirlər keçirildi. 24 fevral 2017 –ci il tarixində bütün I dərslər Xocalı soyqırımının 25-ci il dönümünə həsr olundu. “Xocalı harayı” adlı tədbir keçirildi. Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru açdı. Sonra çıxış edən şagirdlər Xocalı faciəsinin törədildiyi soyqırımdan danışdılar. Qeyd edildi ki, xalqımıza qarşı törədilən bu soyqırım heç vaxt unudulmayacaq. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciədə çoxlu sayda azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə nəticələnmişdir. Tədbir əsnasında bir daha vurğulandı ki, Xocalı soyqırımı Azərbaycan tarixində insanlığa qarşı ən faciəli və dəhşətli cinayətdir və gələcək nəsillər bundan lazımı nəticələr götürməlidir. Məktəbin şagirdləri qəhramanlıq ruhunda şeirlər və mahnılar söylədilər. Sonda ədəbi-bədii kompozisiyanın təqdimatı ilə bərabər, ermənilərin törətdiyi vəhşiliklər nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi