Xalça muzeyinə ekskursiya
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” aylığı ilə əlaqədar olaraq Bakı şəhəri 143 saylı tam orta məktəbin fəaliyyət planına əsasən 20.02.2017-ci il tarixdə məktəbin VII sinif şagirdləri ilə Azərbaycan Xalça Muzeyinə ekskursiyası təşkil olundu.Ekskursiya zamanı şagirdlərə xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət - ənənəsi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Azərbaycan xalçaları artıq təkcə bizim deyil, dünya mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir. Belə ki, Azərbaycan xalaçaları 2010-cu ildən UNESCO-nun bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da şagirdlərə xoş təəssürat yaratdı. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Burada xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb. Şagirdlər toxucuların əl işlərinə heyranlıqla tamaşa edərək özləri də xalçanın toxunma prosesində iştirak etdilər.