"Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" adlı dəyirmi masa
Bildiyimiz kimi, 2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Ekologiya və Sağlamlıq”dır. Bu hədəf adı altında müxtəlif ekoloji layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2016/2017-ci tədris ilinin yanvar ayından etibarən başlanılması planlaşdırılan “Ekoloji aylıqlar” layihəsi bunlardan biridir. Belə ki, fevral aylığında “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ilə əlaqədar Bakı şəhəri 143 saylı tam orta məktəbdə VII sinif şagirdləri ilə "Dəyirmi masa" keçirildi. "Dəyirmi masa"da məktəbin müəllim və şagirdləri mövzu ətrafında ətraflı çıxış etdilər .