"Xocalı faciəsi və faciəyə gedən yol"
20.02.2017-ci il tarixdə Bakı şəhəri 143 saylı tam orta məktəbin IX sinif şagirdləri ilə “Xocalı faciəsi və faciəyə gedən yol” adlı dəyirmi masa keçirildi. İlk əvvəl olaraq Xocalı faciəsi qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edildi. Sonra dəyirmi masada məktəbin müəllim və şagirdləri mövzu ətrafında ətraflı çıxış edərək bildiriblər ki, bu həyəcanlı və ağrılı tarixin millətimiz üçün həm böyük insan tələfatı, həm də çoxlu sayda tarixi mədəniyyət abidələrinin məhv edilməsi ilə nəticələndiyi bildirib. Qeyd olunub ki, “Xocalıya ədalət” kampaniyasının uğurlu fəaliyyəti nəticəsində artıq bir sıra dünya dövlətlərinin Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul etdiklərini diqqətə çatdırıblar. Sonra şagirdlərin hazırladığı slayd və video-təqdimatlar nümayiş etdirildi.