“Ekologiya və iqtisadiyyat"
Bildiyimiz kimi, 2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Ekologiya və Sağlamlıq”dır. Bu hədəf adı altında müxtəlif ekoloji layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2016/2017-ci tədris ilinin yanvar ayından etibarən başlanılması planlaşdırılan “Ekoloji aylıqlar” layihəsi bunlardan biridir. Belə ki, “Ekologiya və iqtisadiyyat” aylığı mövzusu ilə əlaqədar Bakı şəhəri 143 saylı tam orta məktəbdə IX sinif şagirdləri ilə "Dəyirmi masa" keçirildi. "Dəyirmi masa"da məktəbin müəllim və şagirdləri mövzu ətrafında ətraflı çıxış etdilər. Sonra şagirdlərin hazırladığı slayd və video-təqdimatlar nümayiş etdirildi.