20 Yanvar faciəsi
Binəqədi rayonu 143 saylı tam orta məktəbdə 20 yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, müəllimləri və şagirdləri iştirak ediblər. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə ağrı və acı ilə xatırlanan gün deyil. 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzi, xalqımızın fəxarət və şərəf günü, tariximizin şanlı səhifəsidir. Daha sonra məktəb şagirdlərin 20 Yanvar faciəsi ilə bağlı hazırladığı kompozisiya və videoçarx nümayiş olunub. 20 Yanvar faciəsi ilə bağlı məktəbdə rəsmlər məktəbin foyesində faciəni əks etdirən foto-stend nümayiş etdirilib və divar qəzetləri hazırlanıb. Şəhidlər xiyabanına ziyarət təşkil olunub.