"Oksigenin məhkəməsi"
19.04.2023 tarixində məktəbdə təhsil alan şagirdlərin kimya fənninə marağının artırılması, bu sahədə nəzəri və praktiki biliklərinin inkişafı məqsədilə “Oksigenin məhkəməsi” adlı tədbir keçirildi. Tədbir 7d və 7e sinif şagirdlərinin aktiv iştirakı ilə yadda qaldı. Onlar kimya elmi barədə dəyərli məlumatlar verdilər, müxtəlif təcrübələr apardılar. Tədbir məktəbimizin kimya müəllimi Sevinc İsmayılova tərəfindən təşkil olunmuşdur. Tədbirin sonunda məktəbin direktoru Rübabə Abdullayeva uşaqlara bu yolda uğurlar dilədi.