“MərkəzdəSiz...” layihəsi çərçivəsində növbəti görüş
“MərkəzdəSiz...” layihəsi çərçivəsində növbəti görüş keçirildi.
Bu dəfəki görüşün mərkəzində BŞTİ-nin müdir müavini Anar Məmmədov, T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi oldu. Layihənin məqsədi təhsilə yeni baxış gətirmək, onların gözü ilə baxmaq, təcrübələri paylaşıb nümunə olmaq, bilik və bacarığın gətirdiyi uğuru görmək, onları onlardan dinləməkdir. Çıxış zamanı Anar Məmmədov bildirdi ki, bu gün əldə edilən uğur və uğursuzluq bundan əvvəlki illərdəki fəaliyyətin nəticəsidir. Hadisələrə daha məntiqi şəkildə yanaşmaq və imkanları fürsətə çevirmək lazımdır. “Cəhd etməkdən heç zaman çəkinməyin. Başqalarının uğur yolu sizə yalnız motivasiya olmalıdır. Uğur qazanmaq üçün ağıl, ruh və bacarıq əsasdır"
Jafar Mansimi "Sən bir dənəsən" adlı interaktiv təqdimatla çıxış edib. Ünsiyyətə bal qatan məqamları, yaradıcılığa təkan verən mətləbləri bölüşüb. İştirakçıları "özünə bax"mağa, "əvvəlki sən olma"mağa, "yeni sən yarat"mağa səsləyib. Sonda o, şagirdlərə öz “Uğur Kitabı” nı təqdim etdi. Sual – cavab şəkilində tərtib olunan kitabın məqsədi uğurla bağlı fərqli baxış bucaqlarını ortaya qoyaraq oxucuların həyatına yol vermək, özlərini tanımalarına kömək etmək, yeni məqsədlər, yeni ideyalar formalaşdırmaqdır.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə təşkil olunmuş Zəfər tariximizi əks etdirən barelyefin açılışı oldu. Məqsədimiz Qarabağda yerləşən qədim abidələrin əvvəlki və yeni vəziyyətinin müqayisəli görnüşünü yeni nəsilə çatdırmaqdır. Abidənin ideyası heykəltəraş, rəssam Dadaşdəmirov Fuad tərəfindən , quruluşu isə Ağayev Xanlar tərəfindən verilmişdir.