Şagird Parlamentinin təşkilatçılığı ilə növbəti görüş

Paytaxtdakı 143 nömrəli tam orta məktəbinin reallaşdırdığı “MərkəzdəSiz” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Məktəbin Şagird Parlamentinin iştirakı ilə həyata keçirilən layihənin budəfəki qonaqları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya  platformasının rəhbəri Cəfər Mənsimi olub.

Görüşdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Zəfər tarixini əks etdirən barelyefin açılışı olub.

Giriş sözü ilə çıxış edən 143 nömrəli tam orta məktəbin direktoru Rübabə Abdullayeva qonaqları salamlayaraq “MərkəzdəSiz” layihəsi barədə ətraflı məlumat verib.

BŞTİ-nin müdir müavini Anar Məmmədov çıxışı zamanı savadlı, dünyagörüşlü,  cəmiyyətə faydalı şəxsiyyətlər kimi yetişmələri üçün məktəblilərə bir sıra vacib tövsiyələr verib. Hadisələrə məntiqli yanaşmaq və imkanları fürsətə çevirməyin önəmindən danışan A.Məmmədov bildirib ki, uğur qazanmaq üçün ağıl, ruh və bacarıq əsas rol oynayır. Məktəbliləri cəhd etməkdən çəkinməməyə çağıran A.Məmmədov başqalarının uğur yolunun ən böyük motivasiya qaynağı olduğunu vurğulayıb.

 “Əvvəlki sən olma, yeni sən yarat” mövzusunda çıxış edən T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya  platformasının rəhbəri Cəfər Mənsimi şagirdlərə uğura gedən yolda qarşıya çıxan çətinliklərlə mübarizə aparmağın, yeni ideya və məqsədlər formalaşdırmağın yollarından danışıb. C.Mənsimi müəllifi olduğu “Uğur kitabı”nı məktəblilərə hədiyyə edib.

Qeyd edək ki, “MərkəzdəSiz” lahiyəsinin əsas məqsədi X-XI sinif şagirdlərinə ixtisas seçimi, karyera planlamasına dair tövsiyələr vermək, peşəyə yönəlməyə təsir edən amillər, uğura gedən yolun sirrləri, müstəqil qərarvermə bacarıqlarının formalaşdırılması istiqamətində dəstək olmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi