Şagirdlərin İlaxır çərşənbə coşqusu

    14.03.2023 -cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Mina Qocayevanın təşkilatçılığı ilə İlaxır çərşənbə münasibətilə tədbir təşkil olundu. Zəfər coşqulu ölkənin fidanları xüsusi səhnəciklərlə hər bir izləyicinin üzündə xoş təbəssümə səsəb oldular. Azad edilmiş torpaqlardan sanki reportajlar hazırlayaraq səhnələşdirən uşaqlar baharın gəlişini hər bir vəchlə yaşamağa və yaşatmağa nail oldular. Kosa və keçəlin gəlişi isə bayrama xüsusi rəng qatdı. Xalqımızın adət-ənənələrini əks etdirən xüsusi rəqslər və haxışdalar təqdim olundu. Tədbirin sonunda direktor Rübabə Abdullayeva, təşkilatçı və təlim-tərbiyə işləri üzrə müavinlər şagirdlərə öz tövhələrinin verərək onları bayram münasibətilə təbrik etdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi