Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il

Binəqədi rayonu 143 saylı tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə məktəbin direktoru, müəllimlər, valideynlər, şagirdlər iştirak ediblər. Tədbirində xalqın müstəqillik üçün apardığı mücadilə və həmrəylik gününün tarixi haqqında şagirdlərə məlumat verilib və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Qeyd olunub ki, Ümummilli Liderin şəxsi təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb. Bildirilib ki, dünya azərbaycanlılarının dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər zaman tarixi vətənlərinə sədaqətlə xidmət etməyi tövsiyə edib. Bayram tədbirində uşaqların ifasında nağıl qəhrəmanları səhnəyə gəlib, şagirdlərin Vətən, həmrəylik və Yeni il ilə bağlı söylədikləri şeirlər, hazırladıqları səhnəciklər, ifa etdikləri milli rəqslər, mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Şagirdlərin nümayiş etdirdiyi kompozisiya maraqla izlənilib. 143 saylı tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub, divar qəzetləri hazırlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi