Multikulturalizm ili
Binəqədi rayonunda Azərbaycan Prezidentinin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" çərçivəsində Binəqədi rayon orta ümumtəhsil məktəblərində “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” adlı yaradıcılıq müsabiqəsi davam etdirilir. Müsabiqə Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilir. 143 nömrəli tam orta məktəbdə də, müsabiqə baş tutmuşdur. Tədbirdə münsiflər heyətinin, müəllim və şagirdlərin “Multikulturalizm və tolerantlıq” haqqında çıxışları dinlənilmişdir. Çıxışlarda qeyd olunmuşdur ki, əsrlər boyu Azərbaycan müxtəlif millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanınıb, bu gün də ölkədə tolerantlıq prinsiplərinə əsaslanan siyasət aparılır. Sonra məktəblilər müxtəlif dillərdə şeirlər söyləmiş, mahnılar ifa etmiş, rəqslər nümayiş etdirmişlər. Münsiflər heyəti tərəfindən çıxışlara baxılmış və qiymətləndirilmişdir.