1 MART MÜLKİ MÜDAFİƏ GÜNÜDÜR
Məktəbdə 1-mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirildi. Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir. Şagirdlər bütün situasiyalara hazırlıqlı olduqlarını nümayiş etdirdilər.