20 YANVAR FACİƏSİ
20 Yanvar faciəsindən 33 il keçib. Xalqımız hər il 20 yanvar tarixini hüzn günü olaraq qeyd edir. Məktəbimizdə də tarixin bu qanlı səhifəsi müxtəlif tədbirlərlə yad edildi. Ədəbi kompozisiyalar, rəsm sərgiləri, guşələr, divar qəzetləri, xüsusi dərslər təşkil edildi. Şəhidlər xiyabanı ziyarət edildi.