Məktəbdə olimpiada və fənn müsabiqələrinə hazırlıq imtahanı

BŞTİ tabeliyində olan ümumi təhsil müəssisələrinin Vl və Vll sinif şagirdləri arasında olimpiada və fənn müsabiqələrinə hazırlıq sinifləri üçün seçim imtahanının I mərhələsi keçirildi. Seçim imtahanına məktəbin 21 nəfər şagirdi qoşuldu. Şagirdlər 80 dəqiqə ərzində 20 riyaziyyat və 5 məntiq sualı olmaqla 25 test sualını cavablandırdılar.İmtahan saat 14:00-15:20 aralığını əhatə etdi.