TƏQDİMAT
05.11.2022 –ci il tarixində 143 №li tam orta məktəbə yeni təyin olunmuş direktor Rübabə Abdullayeva Hacı qızı pedaqoji kollektivə təqdim edildi. Təqdimatda İştirak edən Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşları İlhamə Oruclu, Fəridə Cahangirova eləcə də Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Pənahov yeni direktoru təbrik etdilər, işlərində ona uğurlar arzuladılar.
Direktor Rübabə Abdullayeva göstərilən etimada görə Elm və Təhsil Nazirliyinə öz təşəkkürünü bildirdi. Təqdimat “Zəfər günü”nə təsadüf etdiyi üçün bu münasibətlə kollektivi təbrik etdi. Təqdimatda Şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edildi. Təlim –tərbiyə işləri üzrə direktor müavini Abdullayeva Seyidxanım kollektiv adından yeni direktor Rübabə Abdullayevaya işlərində müvəffəqiyyətlər dilədi.