Xalqımızın Qəhrəmanlıq Salnaməsi - 27 Sentyabr
143 №li tam orta məktəbdə 27 sentyabr Anım Gününə həsr edilmiş silsilə tədbirlər təşkil edilərək həyata keçirilmişdir. Təntənəli xətt, mitinq, ədəbi-bədii kompozisiya, ilk dərslərin birinci saatları, sinif saatları, rəsm sərgisi, guşə, divar qəzetləri, videoçarxın nümayişi kimi tədbirlər təşkil edilmişdir. Tədbirdə müzəffər ordumuzun qüdrəti, şəhidlərimizin şücaətləri işıqlandırılmış, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.