BU GÜN “28 MAY RESPUBLİKA GÜNÜ” NÜN 104-CÜ İLDÖNÜMÜDÜR.
143 №li məktəbdə “Respublika Günü”nün 104 –cü ildönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir. Ədəbi-bədii kompozisiya, “Zəfət tarixi” mövzusunda bilik yarışı, dəyirmi masa, sinif saatları, xüsusi dərslər, əl işlərindən ibarət sərgi, rəsm sərgisi, slayd və təqdimatlar, xalçaçılıq muzeyinə, Qobustan qoruğuna ekskursiyalar, videoçarxların nümayişi təşkil edilmişdir.