"OXU GÜNÜ"
143 №li məktəb aprel ayında oxu gününə həsr edilmiş həftədə maraqlı tədbirlər həyata keçirmişdir. Tədbirlərdə şagirdlər məntiqi təfəkkürlərini, idraki bacarıqlarını, vətənpərvərlik tərbiyələrini, mütaliə mədəniyyətlərini nümayiş etdirərək bir çox maraqlı tədbirlər həyata keçirmişlər. Mayn Ridin "Başsız atlı" əsərinin müzakirəsi, bədii qiraət, "Ən yaxşı oxucu", şeir, inşa yazı, sürətli oxu müsabiqələri və "Mənim gündəliyim" mövzusunda təqdimat təşkil etmişlər. Tədbirin sonunda şagirdlər yüksək alqışlanaraq qiymətləndirilmişlər.