Zərərli vərdişlərə yox deyək!
Bu gün 143 № li tam orta məktəbdə şagirdlərlə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının görüşü təşkil edilmişdir. Tədbirdə polis əməkdaşları zərərli vərdişlərin insanların məhvi ilə nəticələndiyini geniş şəkildə açıqladılar. Psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün ölkəmizdə mühüm addımlar atıldığını, yeni nəslin sağlam böyüməsi üçün mühüm tədbirlər görüldüyünü vurğuladılar. Bildirdilər ki, vətəndaşlarımızın sağlamlığı üçün əllərindən gələni əsirgəmirlər .