"Qanlı Yanvar" faciəsindən 32 il keçir
Qanlı Yanvar hadisəsindən 32 il keçib, lakin bu faciə Azərbaycan xalqının qan yaddaşına onun igid övladlarının azadlıq uğrunda qurban getdiyi gün kimi həkk olunub. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. 143 №li məktəb 20 Yanvar gününə müxtəlif səpkili tədbirlər hazırlayaraq həyata keçirmişdir. Ədəbi- bədii kompozisiya, rəsm sərgiləri, sinif saatları, Şəhidlər Xiyabanına ziyarət, şagirdlərin 20 Yanvar iştirakçıları ilə görüşü, videoçarxın nümayişi bu qəbildən keçirilən tədbirlərin bir qismidir. Beləliklə Qanlı tariximizi bir daha səhifələdik, şəhidlərimizə Allahdan rəhmət dilədik. Şairin dili ilə desək: “İlahi, sən özün kömək ol bizə, ağ günləri gətir taleyimizə”