"Zəfər Günü"

    143 № li məktəbdə Azərbaycan Respublikasının Dövlət himnini səsləndirilməsi,  şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə silsilə tədbirlər həyata keçirilmişdir. Məktəbimizdə Qazi Abbasov Rəsulla, Şirinov Mədətlə və Şəhid Mayıs Yaqubovun ailəsi ilə görüş, sinif saatları, "Zəfər Yolu" inşa müsabiqəsi, idman yarışları, "Şəhidlər ölməz Vətən bölünməz" mövzusunda dəyirmi masa, əl işlərindən ibarət sərgi, "Qarabağ Azərbaycandır" mövzusunda rəsm sərgisi, siniflərdə guşələr, videoçarxların nümayişi, söhbətlər və sair tədbirlər həyata keçirilmişdir. Şagirdlərimiz uzun illər işğal altında olmuş Azərbaycan torpaqlarında ermənilərin təxribatının və təcavüzünün, eyni zamanda ordumuzun cavabının bir daha şahidi oldular. Ali baş komandanımız və rəşadətli ordumuz erməni təcavüzkarlarını sülhə məcbur etdilər, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar. Şagirdlərimiz xalqımızın səfərbər və həmrəy olaraq vətən müharibəsində öz tarixi qələbəsini qeyd etməsinin şahidi oldular. Azərbaycan ordusunun tarixi qələbəsi barədə şagirdlərimiz dərslərdə aldıqları bilikləri tədbirdə möhkəmləndirdilər. Qarabağ Azərbaycandır! Şəhidlər ölməz Vətən bölünməz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi