143 №li məktəbdə “Anım günü”
44 günlük müharibə 30 illik işğala son qoydu. Möhtərəm Prezidentimiz İlham Əliyevin də şüarı olan “Dəmir yumr uq” və “Qarabağ Azərbaycandır” ifadəsi xalqımızın dilində müharibənin devizinə çevrildi və bu müharibədə canından keçən hər bir şəhidimiz, qazimiz, hərbiçimiz ehtiramla yad edilir. 143 №li məktəb 27 sentyabr “Anım günü” nü yüksək səviyyədə təşkil etmişdir. Sinif saatları, ilk dərslər “Anım günü” nə həsr olunmuşdur. Məktəbdə qazilərlə görüş təşkil edilmış, 44 günlük müharibə canlı olaraq onlar tərəfindən dinlənilmişdir. Videoçarxların nümayişi, ədəbi-bədii kompozisiyalar, “Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu” mövzusunda inşa yazı müsabiqəsi, şəhidlərin adına “Hərəyə bir ağac əkək kompaniyası, şəhid ailəsi ilə görüş, guşə, işğaldan azad edilmiş rayonların tarixi,mədəniyyəti, abidələri, dini ibadətgahları, ekologiyası,incəsənəti mövzusunda seminar təşkil edilmişdir. Anım günündə saat 12:00 –da şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir.