“Məktəb hesabatları”nın dinlənilməsi başa çatıb

2020-2021-ci tədris ili üzrə “Məktəb hesabatları”nın dinlənilməsinin sonuncu sessiyaları Binəqədi və Xətai rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.

Dinləmələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Ümumi sektorun müdiri Sevinc Rəsulova, Təlimə Dəstək Mərkəzinin (TDM) metodisti Turan Zəkəriyəyeva və məktəb direktorları iştirak ediblər.

Paytaxtdakı 283 və 171 nömrəli tam orta məktəblərdə təşkil olunmuş dinləmələrdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Məktəb hesabatları”nın ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadığını və bu işin mütəmadi davam etdirilməsinin vacib olduğunu bildirib.

Mehriban Vəliyeva çıxışı zamanı ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi, məktəblərin ictimai nüfuzunun artırılması, tədrisin təşkili, layihələrin icrası, davamiyyətin tənzimlənməsi məsələlərini daim diqqət mərkəzində saxlamasının vacibliyini önə çəkib.

İdarə müdiri həmçinin, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” Təhsil nazirinin əmrində müəyyən edilmiş prioritet istiqamətlər üzrə görülən işlərdən, Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən, təhsil sahəsində aparılan islahatlardan, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.

Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə Binəqədi və Xətai rayonları üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin təhlilinə və IV, VIII, IX siniflərdə keçirilən monitorinq imtahanları və buraxılış imtahanlarının nəticələrinə dair təqdimatla çıxış ediblər. TDM-in metodisti Turan Zəkəriyəyeva “Məktəbdə idarəetmə və pedaqoji işin təşkili ilə bağlı ehtiyaclar və tövsiyələr” mövzusunda təlim keçib.

Müzakirələrdə ümumi təhsil məktəblərində təmayülləşmə, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılmasının üsul və  formaları, təminat-təchizat, məktəblərdə valideyn-şagird-məktəb əlaqələri, tərbiyə işinin təşkili, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər müvafiq mövzularda fikirlər dinlənilib, maraq doğuran məsələlərə dair suallar cavablandırılıb.

Qeyd edək ki, “Məktəb hesabatları”nın dinlənilməsinin əsas məqsədi ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulması, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sağlam rəqabətin yaradılması, istedadlı şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin genişləndirilməsi, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi məsələlərinin müzakirəsi və təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM