Son zəng
143 №-li tam orta məktəbdə "Son zəng" tədbiri təntənəli şəkildə qeyd edildi. Mərasimdə icra nümayəndəliyi də iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Elmar Həşimov açaraq qalib ölkənin məzunlarını təbrik etdi və onlara uğurlar dilədi. Şagirdlər "Qarabağ Azərbaycandır" şüarı ilə çıxış edərək vətənpərvərlik ruhunda fikirlər söylədilər və vətəndaşı olduqları müstəqil Azərbaycanla fəxr etdiklərini qeyd etdilər. Tədbir bir saat müddətində çox maraqlı keçdi. Məktəbin müdiriyyəti, pedoqoji heyəti şagirdlərə uğurlar arzulayaraq onlarla vidalaşdılar.