14 dekabrda onlayn müsahibələrə başlanılır

14 dekabrdan etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır.

Namizədlərin müraciəti əsasında məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib.

Qeyd edək ki, ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, MS Teams platforması üzərindən keçiriləcək. Onlayn müsahibədə iştirak edəcək namizədlərin elektron poçt ünvanına Təhsil Nazirliyi tərəfindən videomüsahibəyə qoşulmaq üçün müvafiq link göndəriləcək. Namizədlər həmin linkə daxil olaraq müsahibəyə kompüter və ya mobil telefon vasitəsilə qoşula bilərlər.

Onlayn müsahibəyə dair videotəlimatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM