Xocalı faciəsi

    Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə bu gün Xocalı faciəsinin 28-cı ildönümünə həsr edilmiş müxtəlif tədbirlər keçirildi. İlk dərslər Xocalı faciəsinə həsr edilib. Sinif saatları, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar, qəzetlərin dərci, aksiyalar, rəsm sərgisi, Xocalı sakinləri ilə görüş təşkil edildi.

    3a sinifində və 3c sinifində  “Xocalı harayı” adlı tədbir keçirildi. İlk öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Xocalıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açılıb. Şagirdlərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edilib. Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

    Xocalı faciəsinin bəşəri cinayət olduğunu dünyaya çatdırmaq üçün aksiya "Ana harayı" abidəsinə yüyrüş keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi