ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ
12 dekabr 2019-cu il tarixdə 143 saylı tam orta məktəbdə ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN anım günü münasibətilə “DAHİ LİDER HEYDƏR ƏLİYEVİN əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır” adlı tədbir keçirildi. Dahi liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin pedaqoji heyəti və şagirdlər ULU ÖNDƏR haqqında çıxışlar söylədilər. Məktəbin direktoru Həşimov Elmar çıxışı zamanı müstəqil Azərbaycanın qurucusu, ümummilli liderin təhsilə, mədəniyyətə göstərdyi diqqət və qayğıdan danışdı.
Sonra məktəblilərin iştirakı ilə H.Əliyeva həsr olunmuş şerlər söyləndi,mahnılar ifa olundu, ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Həmçinin ULU ÖNDƏRİN həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olundu. Məktəbin foyesində ULU ÖNDƏRİN həyatının müxtəlif dövrlərini əks etdirən foto şəkillərdən ibarət sərgi nümayiş etdirildi. Bu tədbirlərin keçirilməsində məqsəd dahi lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, şagirdlərdə vətənpərlik hisslərinin gücləndirilməsidir.