II-IV sinif şagirdlərinin iştirakı ilə "Kiçik Tədqiqatçılar" müsabiqəsi keçirildi

   İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə "Kiçik Akademiya"larda, elmi cəmiyyətlərdə intellektual klub və dərnəklərdə təşkil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referat hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədi ilə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə II-IV sinif şagirdlərinin iştirakı ilə "Kiçik Tədqiqatçılar" müsabiqəsi keçirildi. Kiçik tədqiqatçılar müsabiqəsində məktəbin "Kainat" (Komanda rəhbəri Zadanova Nəsibə), "Parlaq Zəka" (Komanda rəhbəri Quliyeva Şura), "Bayram" (Komanda rəhbəri Əliyeva Leyla), "Xilaskar" (Komanda rəhbəri Amanlı Səbinə), "Oksigen" (Komanda rəhbəri Süleymanova Bahar), "Çox bilmişlər" (Komanda rəhbəri Hüseynova Məhəbbət), "Ulduz" (Komanda rəhbəri İbrahimova Mehriban), "Günəş" (Komanda rəhbəri Camalova Aygün) komandaları iştirak elədilər. Məktəb turunun qalibləri müsabiqənin II turuna vəsiqə aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi