Tarix müəllimi Elvin Cəfərov "Əsrin müqaviləsi" məruzəsi ilə çıxış etdi

   Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 9a sinif şagirdlərinin təşkilat saatında məktəbin tarix müəllimi Elvin Cəfərov "Əsrin müqaviləsi" məruzəsi ilə çıxış etdi. O, şagirdlərə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dağılmış iqtisadiyyatını bərpa etmək üçün, əhalinin rifah halını yaxşılaşdırmaq üçün dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" deyilən müqaviləni imzaladığını söylədi.
   Əsrin müqaviləsi 1994-cü ilin sentyabrın 20-də Bakıda, "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilənin əhəmiyyəti haqqında şagirdlərə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi